Argentina əhalisinin yarısı bu səbəbdən işıqsız qaldı

OXUNUB: 287 Özəl DÜNYA

Argentinanın yarıdan çoxu yüksək gərginlikli xətlərin yaxınlığında baş verən yanğın səbəbindən işıqsız qalıb. 

7NEWS.az xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə yüksək gərginlikli xətlərin yaxınlığında baş verən yanğın səbəbindən ölkənin yarıdan çoxu saatlarla işıqsız qalıb. Elektrik kəsilməsi başda Buenos Ayres olmaqla bir çox böyük şəhərə və 20 milyondan çox insana təsir edib. 

Ölkənin yarıdan çoxunu vuran və 35 dərəcədən yuxarı olan isti dalğalarının təsirli olduğu dövrdə məktəblərdə dərs saatlarının kəsilməsi, iş yerlərinin bağlanması isə bəzi bölgələrdə həyatı dayandırıb. 

7NEWS.az

RƏYLƏR