Argentinada 6,4 bal gücündə zəlzələ baş verib

OXUNUB: 331 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada Argentinanın Santiaqo del Estero əyalətində yerləşən Campo Gallo şəhərində 6,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. USGS zəlzələnin 601 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin maqnitudasının 6,2 olduğunu açıqlayıb.

Hələlik zəlzələdə can və mal itkisi qeydə alınmayıb.

7NEWS.az

RƏYLƏR