Argentinada ana 12 yaşlı uşağının yanına ildırım düşməsini videoya çəkib.
İcmal.Az Korrespondent.net-ə istinadən xəbər verir ki, ana oğlunun yağışı izləməsini videoya çəkən zaman uşağın düz yanında ildırım düşüb. Hadisə qəflətən baş verib və qadın qorxudan telefonu əlindən salıb.
Sonradan qadın jurnalistlərə hər şeyin yaxşı olduğunu və oğluna heç nə olmadığını bildirib.
İcmal.Az

























