Argentinanın oyunundan qayıdan azarkeşlər qəzaya düşdülər, ölənlər var

OXUNUB: 651 DÜNYA

Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın futbol yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən qayıdan azarkeşlər qəzaya düşüblər.

İcmal.Az goal.az-a istinadən xəbər verir ki, fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış "KamAz"a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.

Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

İcmal.Az

RƏYLƏR