Arvad dəyişdirmə fantaziyası yuva dağıtdı - "Evli cütlüklərlə cinsi münasibətə giririk" - VİDEO

OXUNUB: 2108 DÜNYA

33 yaşlı P.G (şərti ad) 8 illik əri Y.G.-dan boşanmaq üçün məhkəməyə müraciət edib. Buna səbəb ərinin qadını başqa kişiyə satmaq istəyi olub.

İcmal.Az media24.az-a istinadən xəbər verir ki, Türkiyədə yaşanan hadisə zamanı qadın başına gələnlərlə bağlı ifadə verib:

"Ərim məni sosial şəbəkədə tapdığı bir ailə ilə tanış etmək istədi. Qəbul etmədim, məcbur etməyə başladı. Bir gün evdə oturduğum zaman telefonumdan zəng gəldi. Telefondakı kişi mənə "yoldaşın Y.G. bizlə tanış oldu. Sizə qəbul etdirə bilməyib. Onun üçün zəng etdim. Biz evli cütlüklərlə cinsi münasibət yaşayırıq. Bir dəfə sınayın" deyib telefonu söndürdü. Çox təəccübləndim və yoldaşımla dalaşdım. Daha sonra o evli cütlükdən telefonuma bu tipli mesajlar gəldi. Yoldaşımın isə bundan xəbərdar olduğunu yazmışdılar".

Qeyd edək ki, məhkəmə  ailənin boşanmasına və ərinin qadına 25 min türk lirəsi təzminat verməsi üzrə qərar qəbul edib.

 

İcmal.Az


Arvad dəyişdirmə fantaziyası yuva dağıtdı

RƏYLƏR