Müğənni "Xəzər maqazin”ə açıqlamasında bildirib ki, dünyası dəyişən övladı Emini özü böyüdüb:
"Oğlumun yasına gedəndə qonşular mənə "çox sağ ol" dedilər. Dedilər ki, anası uşağı atdı, sən böyütdün. Arvadım uşağı da, məni də atıb cavan oğlanla qaçmışdı. 7 nəvəmin canına and içirəm ki, uşaq mənim indiki həyat yoldaşıma ana deyirdi. Öz anasını görmürdü. Uşağı mənim anam və həyat yoldaşım tərbiyə edirdi. Hətta o, xəstə atamı da atmışdı. Bunu qonşular da deyər”.
S.Səmədov köhnə qonşularını da kameralarla birlikdə axtarıb, onları şahid kimi göstərib.
"Səməd oturub evdə uşaq saxlayırdı. O isə evə gecə sərxoş gəlirdi. Deyirdik, niyə belə edirsən? Deyirdi, kefdən gəlirəm. Onun anası da, atası da, özü də çox nankor idi".
Qeyd edək ki, Zərifə S.Səmədovun övladına baxmadığını, onun yasına qırmızı pencəklə gəldiyini iddia etmişdi./axşam
İcmal.Az