Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu – YENİLƏNİB

OXUNUB: 851 HADİSƏ

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istəyərkən saxlanılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib.

Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

09:06

Bakıda dəhşətli qətl törədilib.

İcmal.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğazını kəsib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.

İcmal.Az

RƏYLƏR