ASAN könüllülərindən növbəti səhnə işi

OXUNUB: 244 Özəl SOSİAL
ASAN könüllüləri tərəfindən "Milli musiqinin inciləri" adlı konsert proqramı həyata keçirilib.  

18 Sentyabr -  Milli Musiqi Gününə həsr olunmuş tədbir Azərbaycanın musiqi və mədəniyyət incilərininin təqdimatı, tariximizin təbliğatı  məqsədilə təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ölkəmizin musiqi mədəniyyəti tarixinə qısa nəzər salıb,   bu sahəyə dövlətimizin göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb. 

Konsertin açılışı Azərbaycan Milli Konservatoriyasının Xalq Çalğı Alətləri Orkestrinin  ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. "Sarı gəlin",  "Tez gəl",  "Yaylıq" və s. kimi məşhur ifalar səsləndirilib, Üzeyir Hacıbəylinin kompozisiyalarından ibarət rəqs nümayiş etdirilib.

Sonda Əməkdar artist Aygün Bəylərin və könüllülərin ifasında "Ey vətən!" mahnısı səsləndirilib.

Dəstəkçilər;  Müslüm Maqomayev adına 26 nömrəli 11 illik Musiqi Məktəbi;  Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci

ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində 1000-dən çox yerli və beynəlxalq layihədə iştirak, habelə, təşkilatçı qismində çıxış ediblər.
 






RƏYLƏR