“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir

OXUNUB: 553 SOSİAL
"ASAN Könüllüləri” Təşkilatının "ASAN Məktub” sosial proqramı və "BRAVO” marketlər şəbəkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilən "Bir qəlbi də sən isit!” aksiyası zamanı öhdəliyə götürülən 43 uşağın arzusu reallaşdırılıb. 

Bərdə regionundan olan kiçik dostlarımıza "Sevinc paylaşdıqca çoxalır” deyərək öz istəklərinə uyğun hədiyyələr təqdim olunub. 

Siz də kiçik bir addım ataraq böyük sevinclərə səbəb olmaq istəyirsinizsə, www.asanmektub.az saytına daxil olaraq öhdəliyə məktub götürə bilərsiniz.
 
 





RƏYLƏR