“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu

OXUNUB: 306 Özəl SOSİAL
 
​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində səfərdə olub.
 
​Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin dəvəti ilə baş tutan səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının "Sənaye X” mövzusunda baş tutmuş "Rəqəmsal Almatı” Forumunda ("Digital Almaty”) iştirak olub.
 
​ 50 000-dən çox ziyarətçinin  iştirak etdiyi tədbirdə 30-dan çox sessiya təşkil edilib.
 
​Ceyhun Salmanov Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva, Syerra-Leone Respublikasının rabitə, texnologiya və innovasiyalar naziri Salima Monorma Bah, Toqo Respublikasının rəqəmsal iqtisadiyyat və transformasiya naziri Sina Lovson, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Kanış Tuleuşın ilə ikitərəfli görüşlər keçirib.
 
​Bu çərçivədə ölkəmizin "ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan brendi olan bu modelin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb.
 
​10 ildən çoxdur ki, fəaliyyət göstərən "ASAN xidmət”in beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı idarəetmə modeli kimi qəbul edildiyi və bir sıra dövlətlərdə uğurla tətbiqi diqqətə çatdırılıb.
 
​Görüşlərdə ASAN təcrübəsinə böyük maraq ifadə edilib və həmin ölkələrdə tətbiqinə dair müzakirələr aparılıb.
 



 

RƏYLƏR