“ASAN xidmət” növbəti beynəlxalq mükafata layiq görülüb

OXUNUB: 209 Özəl SOSİAL
Bakıda  II Beynəlxalq İnnovasiya Menecmenti və TRİZ konfransı keçirilib.

TRİZ İnstitutunun, Türkiyənin Qazi Universitetinin və Milli Aviasiya Akademiyasının birgə təşəbbüsü ilə reallaşdırılan tədbir Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə, eyni zamanda 20-ci əsrin ən önəmli nəzəriyyələrindən biri  olan və Bakıda yaradılmış TRİZ (ixtiraçılıq məsələlərin həlli) nəzəriyyəsinə həsr edilib.

Konfrans çərçivəsində "ASAN xidmət”  ixtiraçılıq məsələlərinin həlli nəzəriyyəsinin banisi, görkəmli ixtiraçı-mühəndis Genrix Altşullerin adını daşıyan medal və mükafat ilə təltif olunub. Mükafat quruma beynəlxalq innovativ ictimai idarəçilik sahəsində əldə olunan uğurlara görə verilib.

RƏYLƏR