"ASAN xidmət"in “RoboCode” düşərgəsi yekunlaşıb

OXUNUB: 843 Özəl SOSİAL

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi”nin, "Bilişim Vadisi Bakı”nın və "SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən "RoboCode” robotik kodlama düşərgəsi başa çatıb.


Bağlanış tədbirində "İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, "Bilişim Vadisi”nin baş icraçı direktorunun müavini Tuba Öztepe, "Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, "SAHA Robotics” şirkətinin vitse-prezidenti və Azərbaycan üzrə meneceri Eray Çobanoğlu, düşərgə iştirakçıları və digər qonaqlar iştirak ediblər.



Düşərgə müddətində formalaşan 9 komandadan final mərhələsinə keçən 3 komandanın hazırladığı prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib.



Nəticələrə əsasən "Difai” komandası 1-ci, "eRRobotX” komandası 2-ci, "RookieBots” komandası isə 3-cü yerə layiq görülüb.


Sonda qalib komandalara mükafatlar təqdim olunub. 

Qaliblər həmçinin "Bilişim Vadisi” kampusunda və "SAHA Robotics” şirkətində təcrübə keçmək imkanları qazanıblar.


1 ay davam edən düşərgədə qeydiyyatdan keçən 448 müraciətçidən kriteriyalara uyğun olaraq seçilmiş 90 nəfərinə "ROS'un əsasları” , "Robotların simulyasiya edilməsi”, "Robot hərəkət sistemləri”  və s. mövzularda onlayn və fiziki  təlimlər keçirilib.


Strateji tərəfdaşlar: "Azersun Holding", Coffee'nJOY”.

RƏYLƏR