ASGA Ermənistanın təxtibatı ilə bağlı bəyanat yaydı: "TORPAQLARIMIZI AZAD EDƏCƏK, PKK TERRORÇULARINDAN TƏMİZLƏYƏCƏYİK"

OXUNUB: 1194 Özəl SİYASƏT

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Ermənistanın cəbhə xətti boyu etdiyi sonuncu hücumlarla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu gün, 27 sentyabr 2020-ci il tarixində, səhər saatlarında təcavüzkar Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti boyu ordumuzun mövqelərinə və yaşayış məntəqələrinə hücum edib:

"Biz, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq Ermənistanın bu hücumunu və törətməkdə davam etdiyi müharibə cinayətlərini ən kəskin formada pisləyirik. Biz, təcavüzkar Ermənistan qoşunlarının bütün işğal etdiyi ərazilərimizdən dərhal çıxarılmasını tələb edirik. Artıq 30 ildir ki, Azərbaycan torpaqları işğal altındadır, bir milyondan çox insan qaçqın və məcburi köçkün düşübdür. Bu işğal bitməli və biz öz yurdumuza geri qayıtmalıyıq. Keçən illər göstərdi ki, təcavüzkar Ermənistan, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini və digər beynəlxalq təşkilatların sənədlərini ayaq altına ataraq, tapdalanmış hüquqlarımızın bərpasına imkan vermədi. Hazırda bütün cəbhə boyu davam edən döyüşlərə görə bütün məsuliyyət təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın bu növbəti hücumu nəticəsində şəhid olmuş hərbçilərimiz və mülki vətəndaşlarımıza Allahdan rəhmət diləyirik və onların ailələrinə başsağlığı veririk. Bütün dünya bilməlidirn ki, biz qısa zamanda öz torpaqlarımızı azad edəcək, eyni zamanda, Dağlıq Qarabağı PKK terrorçularından təmizləyəcəyik.”.

RƏYLƏR