Ağstafa Regional Mədəniyyət İdarəsi “20 yanvar faciəsi”nin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirdi

OXUNUB: 758 GÜNDƏM MƏDƏNİYYƏT

Ağstafa Regional Mədəniyyət İdarəsi "20 yanvar faciəsi"nin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirdi. Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında karantin qaydalarına riayət olunmaqla reallaşan tədbirdə idarənin əməkdaşları, müəssisə rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər. Ağstafa rayon MKS-nin təşkil etdiyi  20 yanvar faciəsini özündə əks etdirən kitab sərgisinə baxışla başlayan tədbir ilk öncə faciə qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.

Tədbirdə çıxış edən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov 31 il öncə törədilmiş bu qanlı faciənin dəhşətlərindən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açdı. Natiq çıxışında qeyd etdi ki, faciəli gündə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan tarixinə şanlı bir səhifə kimi həkk olunmuşdur. Natiq çıxışında xalqımıza qarşı törədilmiş bu qanlı cinayətə ilk dəfə  məhz Azərbaycan xalqının  Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xüsusi vurğuladı.



RƏYLƏR