Ağstafada 63 yaşlı kişini döyənlərdən ikisi saxlanıldı

OXUNUB: 612 HADİSƏ
Ağstafa rayonunda 63 yaşlı kişini döyənlərdən ikisi saxlanılıb.

İcmal.Az xəbər verir ki, bu barədə "Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov məlumat verib.

Məlumatda bildirilib ki, Ağstafa rayon sakini, 1955-ci il təvəllüdlü Əlləzov Nasib Əsgər oğlunun döyülməsi ilə bağlı 2 nəfər - rayonun Köçəsgər kənd sakinləri, Mövlayev Səid Mobil oğlu və Misginov Samir Məqsəd oğlu şübhəli şəxs qismində dindirilib.

E.Qasımov əlavə edib ki, hadisədə başqalarının iştirak edib etmədiyi isə Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən araşdırılır. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Qeyd edək ki, zərər çəkənin yaxınlarının bildirdiyinə görə, N.Əlləzov "NİVA" markalı avtomobillə evinə gedən zaman 3 avtomobil onun qarşısını kəsərək dövrəyə alıb və təxmini 15 nəfərə yaxın şəxslər tərəfindən zorla avtomobildən endirilərək döyülüb. 

Ağır bədən xəsarətləri alan N.Əlləzovun xəstəxanaya yerləşdirilib.

***10:48

Ağstafa rayon sakini bir neçə nəfər tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini,1955-ci il təvəllüdlü, Əlləzov Nasib Əsgər oğlu "NİVA" markalı avtomobillə evinə gedən zaman bir qrup şəxs 3 avtomobillə onun qarşısını kəsib. Həmin avtomobillərdən düşən 15 nəfərə yaxın şəxs 63 yaşlı kişini ölümcül döyüblər. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib. 

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.
 

İcmal.Az

RƏYLƏR