Ağstafada avtomobil radar dirəyinə çırpılıb: Ölən və yaralananlar var

OXUNUB: 801 HADİSƏ

Ağstafa rayonunda minik avtomobili radar dirəyinə çırpılıb.

İcmal.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dünən saat 08.00 radələrində rayonun Dağkəsəmən kəndində baş verib.

Bakı şəhər sakini İntiqam Abbasov idarə etdiyi VAZ-2107 markalı avtomobili yolun kənarında quraşdırılan sürətölçən cihazın (radar) dirəyinə vurub. Nəticədə sürücü və sərnişinləri - Bakı şəhər sakini Rusif Eyvazov və Lənkəran rayon sakini Hüseyn Rəhimov xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. H. Rəhimov orada ölüb.

İcmal.Az

RƏYLƏR