Astarada təhlükəli körpü - Sakinlər qorxu içində - VİDEO - FOTO

OXUNUB: 598 SOSİAL

Astaranın ikinci ən böyük yaşayış məntəqəsi olan Şiəkaran kəndində 7 minə yaxın insan yaşayır.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, əhalinin 70-80 %-i əkin torpaqlarında işləmək, örüş sahələrinə heyvanlarını aparmaq üçün Pensər çayı üzərindəki körpüdən istifadə edir. Körpü isə 10 ildən çoxdur ki, dayaqlarının qırılması nəticəsində qəzalı vəziyyətdədir.

Sakin: "Körpü dağılsa, keçməyə yolumuz olmayacaq".

Sürücü: "Kəndən adamları daşıyıram. Əhalini aparanda təhlükəli durumda oluruq".

Rayon Fövqəladə hallar komissiyasının sədri Allahverən Mahmudov bildirdi ki, yaranmış vəziyyətdən xəbərdardır:

 

"FHN-dən əməkdaşlar gəlib ora baxıb və bildiriblər ki, təhlükə yoxdur. Sadəcə təmirə ehtiyac var. Bu da 2018-ci ilin içində olacaq".

İcmal.Az

Astarada təhlükəli körpü - Sakinlər qorxu içində - VİDEO - FOTO

Astarada təhlükəli körpü - Sakinlər qorxu içində - VİDEO - FOTO

Astarada

RƏYLƏR