Aşura günü asayişi pozan 4 nəfər həbs edildi

OXUNUB: 684 SOSİAL

Gəncə şəhərindəki "İmamzadə” məscid-kompleksində Aşura günü ictimai asayişi pozan və polisin qanuni tələblərini yerinə yetirməyən 4 nəfər saxlanılıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, onlar barəsində Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İcmal.Az

RƏYLƏR