Aşura günü qan verən bəzi şəxslərdə orta və ağır dərəcəli xəstəliklər aşkarlanıb.
İcmal.Az bildirir ki, həmin gün 3827 nəfər qan verib. Onlardan 122-nin qanında HİV, hepatit və sifilis aşkarlanıb.
Səhiyyə Nazirliyinin Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, 3 nəfərdə HİV, 81 nəfərdə hepatit, 38 nəfərdə isə sifilis infeksiyalarının olduğu üzə çıxıb. Bu şəxslərə aşkar olunan xəstəliklərə bağlı məlumat verilib.
Qurum rəsmisi deyir ki, ilkin mərhələdə verilən qanlar yoxlanılarkən şübhəli hal aşkarlanırsa bu donor qanvermədən kənarlaşdırılır. Onlar təkrar müayinələrə dəvət olunur və yaşadıqları yer üzrə mərkəzlərə məlumat verilir. Bundan sonra onların daşıyıcı və ya xəstə olması ilə bağlı qərar qəbul olunur.
Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 1722,3 litr qan toplanıb.
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə qanvermə aksiyası ümumilikdə Bakıda və regionlarda 17 məscid və ziyarətgahı əhatə edib.
Mövzu ilə bağlı daha ətraflı Xəzər TV-nin videomaterialını təqdim edirik:
İcmal.Az