Atalığın döyüb zorladığı 3 yaşlı qız xəstəxanada öldü! (Video izlə)

OXUNUB: 879 DÜNYA
Moskva vilayətinin böyük şəhərlərindən olan Balaşixada həkimlər koma vəziyyətində xəstəxanaya gətirilmiş uşağın həyatını xilas edə bilməyib. 3 yaşlı qızın bədənində zorakılıq və zorlama əlamətləri aşkarlanıb. Polis cinayətlə bağlı körpə qızın atalığını həbs edib. İşsiz narkoman atalıq əvvəlcə qızı vəhşicəsinə döyüb, sonra zorlayıb. Körpəni təhlükəli şəraitdə qoymuş ana da məsuliyyətə cəlb olunub.

Bəzən izləyicilər narazılıq edir ki, media belə mövzuları çox işıqlandırır. Təəssüf ki, belə hadisələrin sayı, pedofil, süksual xarakterli zorakılıqların statistikası faciəli sürətlə artmaqdadır. Bu hadisələrin mediada işıqlandırılması isə həyəcan siqnalıdır: Uşaqlarınızı etibarsız insanların ümidinə, nəzarətsiz buraxmayın!/sizinyol.com


İcmal.Az

RƏYLƏR