"ATEF Şirkətlər Qrupu”nun borcu 11 milyona yüksəldi

OXUNUB: 584 HADİSƏ
"ATEF Şirkətlər Qrupu”nun son 3 ayda dövlətə olan vergi borcu 1 milyon manata yaxın artıb. 

Şirkətin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1090251.71 qəpik vergi borcu yaranıb. 

Bu ilin iyul ayında isə şirkətin dövlət büdcəsinə 9 milyon 521 min 876 manat 16 qəpik vergi borcu var idi. 

Xatırladaq ki, "ATEF Şirkətlər Qrupu” 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu 1961-ci ildən Bakıda fəaliyyət göstərən mayesiz transformatorlar zavodunun bazasında yaradılıb və 1998-ci ildə özəlləşdirililib.

"ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasını sədri Talıb Əlixanbəyovdur. Onun Dövlət Gömrük Komitəsinin sabiq sədri, general-polkovnik Səfər Mehdiyevlə dostluq münasibətlərinin olduğu deyilir. Səfər Mehdiyevin vəzifədən getməsindən sonra şirkətdə ciddi maliyyə problemləri yaranıb. Şirkətin Müşahidə Şurasını sədri Talıb Əlixanbəyov olsa da, qurumun qanuni təmsilçisi, onun oğlu Əlixanbəyov Emil Talıb oğludur. Sözügedən borca görə şirkət rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulub.  
 
 
 
Bu arada onu da qeyd edək ki, Səfər Mehdiyevin gedişindən sonra şirkət tərəfindən gömrük qanunvericilik qaydalarının pozulmasına görə onlarla məhkəmə iş yaranıb. 

Son olaraq şirkətə gömrük qaydaları əleyhinə olan (malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə irəli sürülüb. İşə Suraxanı Rayon Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə baxılacaq.


7News.Az

RƏYLƏR