Atıcılıq federasiyasının daha bir uğuru

OXUNUB: 114 İDMAN
21-22 oktyabr tarixlərində Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirildi. Vladimir Sergeyeviç Lisin Avropa Atıcılıq Konfederasiyasındakı prezidentliyinin fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına ən böyük töhfə vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb. Bələ ki:

Azərbaycan Atıcılıq Federasiyası "2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. "Bu mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın 4 (dörd) ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən dərəcəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Azərbaycan Atıcılıq Federasiyasının prezidenti cənab Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə "Fəxri Ulduz" ordeni ilə təltif edilib.

Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi "Fəxri Medal" ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirildi. Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti Alexander Borisoviç Ratner seçildi. Azərbaycan Atıcılıq Federasiyanın baş katibi Emin Cəfərov isə növbəti dəfə texniki komitəsinin üzvü seçilmişdir.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR