7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası və mərkəzi ofisi ABŞ-da yerləşən "Amazon” e-ticarət şirkəti arasında məlumatların istifadəsi və satıcılara bərabər münasibətlə bağlı rəqabət araşdırmalarında razılıq əldə edilib.
Avropa İttifaqı Komissiyası "Amazon"a qarşı rəqabət araşdırmalarının şirkət qanuni öhdəliklər götürdükdən sonra bağlandığını açıqladı. Məlumatların istifadəsi ilə bağlı narahatlıqlara toxunan bəyanatda deyilir ki, Amazon öz bazarında müstəqil satıcıların fəaliyyətləri ilə bağlı və ya onlardan əldə edilən gizli məlumatlardan istifadə etməməyi öhdəsinə götürüb.
7NEWS.az