Avropa İttifaqı Belarusa silah və sursat daşınmasını qadağan etdi

OXUNUB: 253 Özəl DÜNYA
Aİ Komissiyası Ukraynadakı münaqişələr çərçivəsində beynəlxalq gərginlikdə Rusiyanın tərəfində olması səbəbilə Belarusa qarşı sanksiyaları genişləndirib.

7NEWS.az xəbər verir ki, Aİ ölkələri Belarus vasitəsilə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aşılmasının qarşısını almaq üçün Minskə yeni məhdudiyyətlər barədə razılığa gəliblər. Belarusun hərbi və texnoloji inkişafına töhfə verən bir çox kritik məhsul və texnologiyaların Belarusa ixracını qadağan edən Aİ ölkələri odlu silah və sursatların, aerokosmik sənayedə istifadəyə yararlı mal və texnologiyaların Belarusa daşınmasını da məhdudlaşdırıb.

7NEWS.az

RƏYLƏR