Avropa İttifaqı iqlim hədəfləri üçün lazımı maliyyə vəsaiti tapa bilmir

OXUNUB: 164 Özəl DÜNYA
Avropa Auditorlar Məhkəməsi xəbərdarlıq edib ki, Avropa İttifaqı (Aİ) iddialı iqlim hədəflərinə çatmaq üçün kifayət qədər maliyyə tapa bilməyəcək. 

7NEWS.az xəbər verir ki, baş ofisi Lüksemburqda yerləşən Avropa Auditorlar Məhkəməsi Aİ-nin iqlim və enerji hədəfləri ilə bağlı hesabatını dərc edib. Hesabatda İttifaqın 2030-cu il üçün iqlim və enerji hədəflərini yerinə yetirə bilməməsi riskinin olduğu qeyd edilib. 

Aİ-nin 2030-cu il iqlim hədəflərinə çatmaq istiqamətində atdığı addımların yetərli olmadığına diqqət çəkən hesabatda, İttifaqın 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 55 faiz azaltmaq cəhdinin uğursuzluğa düçar ola biləcəyi qeyd edilib. 

7NEWS.az

RƏYLƏR