Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirir

OXUNUB: 190 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) İrana qarşı tətbiq etdiyi sanksiyaları insan haqlarının pozulması səbəbilə genişləndirmək qərarına gəlib. Məhsa Əminin ölümündən sonra başlayan etirazlara qarşı müdaxilə və cəzalar səbəbilə tətbiq edilən sanksiyalara 32 nəfər və 2 təşkilat əlavə edilib.

İranda Məhsa Eminin ölümündən sonra başlayan nümayişlərə hüquq-mühafizə orqanlarının əməkdaşlarının müdaxiləsi və nümayişçilərə verilən edam hökmləri səbəbindən İrana qarşı hazırlanan beşinci sanksiya paketi Avropa İttifaqı Xarici İşlər Nazirləri Toplantısında qəbul edilib.

Buna uyğun olaraq, Aİ ölkələri İranın Mədəniyyət naziri Muhammet Mehdi İsmaili və təhsil naziri Yusuf Nuri də daxil olmaqla 32 şəxs və 2 təşkilata sanksiya tətbiq edəcək.

7NEWS.az

RƏYLƏR