Avropa Parlamentinin (AP) komitəsi banklardan kripto aktivlərini risklərə qarşı tam şəkildə əhatə etmək üçün kifayət qədər kapitala malik olmalarını tələb edən tənzimləməni təsdiqləyib.
7NEWS.az xəbər verir ki, Avropa Parlamentinin İqtisadi və Maliyyə Məsələləri Komitəsi beynəlxalq Bazel III sazişinin həyata keçirilməsi üçün yeni qaydaları özündə əks etdirən qanunvericiliyi qəbul edib. Avropa İttifaqı bankları gələcək iqtisadi təsirlərə qarşı daha dayanıqlı olacaqlar. Müvafiq olaraq, kriptovalyuta saxlayan banklara qarşı sərt qaydalar tətbiq olunacaq. Kriptovalyuta mövqelərinə sahib olan banklardan kripto aktivlərini tam əhatə etmək üçün kifayət qədər kapital tələb olunacaq.
7NEWS.az