Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Latın Amerikası ölkələri ilə siyasi və ticari əlaqələri inkişaf etdirmək üçün bölgəyə bir sıra rəsmi səfərlər edəcək.
7NEWS.az xəbər verir ki, Von der Leyen bu həftə Braziliya, Argentina, Çili və Meksikada liderlər səviyyəsində müxtəlif görüşlər keçirəcək. Səfər çərçivəsində Von der Leyenin Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzv olduğu Cənubi Ümumi Bazar (MERCOSUR) ilə Aİ ilə ticarət sazişindəki son vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Aİ və MERCOSUR 2000-ci ildə azad ticarət sazişi üzrə danışıqlara başlamışdır.
7NEWS.az