Avropa İttifaqı ölkələri ukraynalı əsgərlər üçün təlimlərin keçirilməsini müzakirə edəcək

OXUNUB: 252 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqı ölkələrinin müdafiə və xarici işlər nazirləri bu həftə Praqada keçiriləcək sammitdə Rusiya vətəndaşları üçün viza və Ukrayna əsgərlərinin təlimi məsələlərini müzakirə edəcəklər. Bəzi diplomatlar Reuters agentliyinə bildiriblər ki, Avropa İttifaqı miqyasında təhsil proqramının əhatə dairəsi və hüquqi çərçivəsi hələ də aydın deyil. Aİ-nın Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell planlar haqqında daha ətraflı məlumat verməsə də, belə bir proqramın Ukrayna əvəzinə qonşu ölkələrdən birində keçirilə biləcəyini bildirib.

7NEWS.az

RƏYLƏR