Avropa İttifaqı (Aİ) Komissiyası ittifaq sərhədləri daxilində avtomobil sürücüləri üçün sürücülük vəsiqələrinin rəqəmsallaşdırılması ilə bağlı təklif hazırlayıb.
7NEWS.az xəbər verir ki, nəqliyyatdan məsul komissar Adina Valean Aİ Komissiyası üzvlərinin yol təhlükəsizliyi ilə bağlı iclasından sonra hazırlanan təklifləri açıqlayıb. Komissiyanın təklifləri arasında dünyada ilk dəfə tətbiq olunacağı bildirilən "rəqəmsal lisenziyaya” keçid də var. Təklifə əsasən, Aİ üzvləri arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasını asanlaşdırmaq üçün rəqəmsal sistem tətbiq ediləcək.
7NEWS.az