Avropa İttifaqı Rusiya almazlarına sanksiya tətbiq etməyə hazırlaşır

OXUNUB: 236 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel sanksiyalardakı hüquqi boşluqları bağlayacaqlarını və Rusiya ilə almaz ticarətini məhdudlaşdıracaqlarını bildirib.

Aİ-nin Rusiyanın qarşısını almaq üçün sanksiya paketləri ilə əhatəli addımlar atdığına diqqət çəkən Mişel, "Biz indi sanksiyalardakı hüquqi boşluqları aradan qaldırmağa fokuslanmışıq" dedi.

Rusiyanın kritik materiallara çıxışının qarşısını almağa davam etdiklərini bildirən Mişel yeni tədbirlər görəcəklərinin vurğuladı.

7NEWS.az

RƏYLƏR