Avropa İttifaqı Rusiyalı turistlərə uzun müddətli vizalarının verilməsini dayandırdı

OXUNUB: 180 Özəl DÜNYA
Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin sadələşdirilməsi sazişinin ləğvindən sonra Aİ ölkələrinin konsulluqları Rusiya vətəndaşlarına bir ildən uzun möddətli Şengen vizalarının verilməsini dayandırıb. 

7NEWS.az xəbər verir ki, Rusiya vətəndaşlarına Şengen vizası verən ölkələr Avstriya, Yunanıstan, Xorvatiya, İtaliya, İspaniya, Fransa, Yunanıstan, Macarıstan, Sloveniya və İsveçrədir. Bildirilir ki, Fransa və İtaliya daha uzunmüddətli viza verərkən, Avstriya, Macarıstan və Sloveniya birdəfəlik, Yunanıstan isə Rusiya vətəndaşlarına qısamüddətli və birdəfəlik viza verir. 

Digər tərəfdən, Latviya, Litva, Polşa, Finlandiya, Çexiya və Estoniyanın ruslara turist vizası verdiyi və turizm məqsədi ilə ölkəyə giriş qadağası qoyduğu xatırladılıb. 

7NEWS.az

RƏYLƏR