Avropa İttifaqı Suriya əleyhinə olan sanksiyaların müddətini uzatdı

OXUNUB: 1220 DÜNYA
Avropa İttifaqı Suriya əleyhinə olan sanksiyaları bir il müddətinə uzadıb.

Bundan başqa üç nazir də qara siyahıya salınıb. Sanksiya siyahısında Suriyanın 240 vətəndaşı və 67 hüquqi şəxsinin adı var.

Avropa Şurasının internet səhifəsində yazılıb: "Şura 2017-ci il 29 may tarixində Avropa İttifaqının Suriya hökumətinə qarşı sanksiyalarını 2018-ci ilin 1 iyun tarixinə qədər artırıb".

Brüsseldən bildiriblər ki, Aİ-nın Suriyaya qarşı bu qərarı strategiyaya uyğundur. Mülki əhaliyə qarşı repressiyalar davam edəcəyi təqdirdə sanksiyalar da davam edəcək./olke.az
 
İcmal.Az

RƏYLƏR