Avropa İttifaqına (Aİ) üzv olan ölkələr təbii qaza meqavat/saat üçün 180 avro tavan qiymət tətbiq etməyə razılaşıblar.
7NEWS.az xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkənin enerji nazirləri Avropada enerji böhranına qarşı alınacaq tədbirlər və idxal olunan təbii qaza tətbiq olunacaq tavan qiymətini müzakirə etmək üçün Brüsseldə bir araya gəlib. İclasdan sonra verilən açıqlamada üzv ölkələrin həddindən artıq yüksək qaz qiymətlərini məhdudlaşdırmaq üçün müvəqqəti mexanizm üzərində razılaşdıqları bildirilib.
7NEWS.az