Avropa İttifaqında enerji böhranı səbəbiylə kömür istifadəsi artıb

OXUNUB: 413 Özəl DÜNYA
Rusiya-Ukrayna müharibəsi ilə başlayan enerji böhranı səbəbiylə keçən il Avropa İttifaqı ölkələrində kömür istifadəsi 6 faizdən çox artıb. 

7NEWS.az xəbər verir ki, Fosil yanacaqlardan uzaqlaşmağı və yaşıl enerji istifadəsini artırmağı hədəfləyən Avropa İttifaqında keçən il Rusiya-Ukrayna müharibəsinin təsiri ilə kömür istifadəsi artdı. Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi "Kömür 2022" hesabatına görə, dünya səviyyəsində yüzdə 1,2 artım göstərən kömürdən istifadənin Aİ-də yüzdə 6-dan çox artdığı bildirilib.  

Hesabatda dünyada yaşanan inkişaflar səbəbiylə kömürdən istifadənin tarixin ən yüksək həddə çatdığı bildirilir. Dünyada kömürdən istifadə 1,2 faizə çatıb ki, bu da bütün zamanların ən yüksək göstəricisi olub, 8 milyard tonu keçib. 

7NEWS.az

RƏYLƏR