Avropa Parlamentinin (AP) deputatları Şengen vizası müraciətlərinin rəqəmsallaşdırılması ilə bağlı hesabatı qəbul ediblər.
7NEWS.az xəbər verir ki, Avropa Parlamentinin Vətəndaş Azadlıqları Komitəsinə təqdim edilən və 34 deputatın 5-in əleyhinə səs verdiyi hesabat, viza müraciətlərini rəqəmsal şəkildə etməklə viza proseslərini sürətləndirmək və təhlükəsizliyi artırmaq məqsədi daşıyır.
Viza müraciətlərinin rəqəmsallaşdırılması üçün tələb olunan hüquqi proses çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələrindən ibarət Aİ Şurası, Aİ Komissiyası və AP birgə danışıqlar yolu ilə nəticə çıxarmalıdır.
Aİ qurumları razılaşarsa, vizalar artıq pasportlarda çap olunmayacaq, əksinə rəqəmsal sistemə işlənəcək.
7NEWS.az