Avropa ölkələri Qurani-Kərimin yandırılmasını qınamaqdan imtina ediblər

OXUNUB: 132 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında Qurani-Kərimə edilən hücumları müzakirə etmək üçün keçirilən fövqəladə xüsusi sessiyada bəzi Avropa İttifaqına (Aİ) üzv ölkələr, ABŞ və İngiltərə Qurana edilən hücumları qınamaqdan imtina edib.

Cenevrədə İnsan Hüquqları Şurasının 53-cü növbədənkənar sessiyası davam edərkən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) çağırışı ilə fövqəladə xüsusi sessiya keçirilib. Bu günlərdə İƏT-in Qurani-Kərimə hücumlarla bağlı qətnaməsi 47 üzvdən ibarət Şurada müzakirə olunub. Qurani-Kərimə hücumlarla bağlı keçirilən fövqəladə iclasa təqdim edilən qətnamə layihəsi Aİ adından söz alan Belçika tərəfindən səsə qoyulub.

7NEWS.az

RƏYLƏR