Avropa və Kanada ABŞ-la bağlı qərarını verdi

OXUNUB: 693 DÜNYA

"Böyük yeddilik” (G7) sammitində yekun qərar ABŞ-ın iştirakı olmadan imzalana bilər.

İcmal.Az xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron öz "Twitter” hesabında yazıb. 

"Ola bilsin ki, ABŞ prezidenti tədric olunmağa qarşı deyil, biz də 6 ölkə ilə saziş imzalanmağa qarşı deyilik”, - fransalı lider bildirib. 

"Reuters”in verdiyi məlumata görə, Makron əlavə edib ki, dünya nəhəngləri iqtisadiyyatda hər hansı ölkənin vahid hegemonluğunu qəbul etməyəcək. 

"ABŞ olmadan da G7-nin digər altı ölkəsi daha böyük bazarı təmsil edir”, - Fransa prezidenti bildirib. 

Belə açıqlamalara səbəb Vaşinqtonla G7 həmkarları arasında rüsumlar və ticarət tənzimlənməsi barədə məsələləri olub. 

"Böyük yeddilik” sammiti iyunun 8-9-da Kanadanın Kvebek şəhərində keçiriləcək.

İcmal.Az

RƏYLƏR