Fransanın sənaye mineralları qrupu Imerys, Avropanın elektrikli nəqliyyat vasitələrinə keçidini dəstəkləmək üçün 2027-ci ilə qədər ölkədə qitənin ən böyük litium mədənlərindən birini açmağı planlaşdırdığını açıqladı.
7NEWS.az xəbər verir ki, şirkət öz araşdırmasında Fransanın Allier bölgəsindəki Beauvoir yatağında 2028-ci ildən etibarən ildə 34 min ton litium hidroksid hasil etmək üçün kifayət qədər konsentrasiya və litium miqdarının olduğunu, bunun isə hər il üçün 700 min elektrik avtomobili təchiz etməyə kifayət edəcəyini bildirdi.
Bildirilib ki, tədqiqat və qazma işləri 18 ay davam edib və aparılan araşdırmalar nəticəsində mədənin iqtisadi səmərəsi təsdiqlənib.
7NEWS.az