Avstraliya Açıq Tennis Turnirində Rusiya və Belarus bayraqları qadağan edildi

OXUNUB: 211 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avstraliya Tennis Federasiyası Ukrayna səfirinin tələbi ilə builki Avstraliya Açıq Tennis Turnirində Rusiya və Belarus bayraqlarının qaldırılmasını qadağan edib. 

Ötən ilin fevralında Ukraynanın işğalı başlayandan bəri Rusiya və Belarus idmançılarına tennis də daxil olmaqla bir çox idman növlərində öz ölkələrinin bayraqları altında oynamağa icazə verilmir. Avstraliya Açıq çempionatında hər iki ölkənin idmançıları neytral ağ bayraq altında yarışırlar. 

Qərarın dəyişdirilməsinə səbəb olan insident ukraynalı Katerina Baindl ilə rusiyalı idmançı Kamilla Rəhimova arasında keçirilən görüşdə baş verib. 

Bazar ertəsi Baindl-Rahimovanın birinci raund matçı zamanı ukraynalı azarkeşlərin polisə və mühafizəçilərə zəng edərək, rus azarkeşlərin Baindlə "zəhlətökən" olduğunu iddia etdikləri bildirilir. 

7NEWS.az

RƏYLƏR