Avstraliyada tarixin ən böyük narkotik əməliyyatı keçirilib

OXUNUB: 328 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Avstraliya polisi tarixin ən böyük narkotik ticarəti əməliyyatını həyata keçirib. Narkotik və Odlu Silahlar Bölməsi tərəfindən həyata keçirilən iki fərqli basqında, Yaxın Şərq bölgəsindən Sidneyə göndərilən mərmərlərin arasına gizlənmiş cəmi 1,8 ton metamfetamin ələ keçirildi. Yeni Cənubi Uels polisindən verilən açıqlamaya görə, əməliyyat çərçivəsində avqustun əvvəlində Sidneydəki Botanika Limanına gələn 24 konteynerdə 748 kiloqram narkotik maddə aşkar edildiyi, 24, 26 və 26 yaşlı 3 nəfərin olduğu bildirilib. Hadisə ilə bağlı 34 nəfər saxlanılıb.

7NEWS.az

RƏYLƏR