7NEWS.az xəbər verir ki, ana müxalifət SPÖ-dən Katharina Kucharowits və bəzi millət vəkillərinin parlamentə təqdim etdiyi təkliflə hökumət Türkiyənin Suriya və İraqdakı terror təşkilatı PKK bazalarına qarşı həyata keçirdiyi əməliyyatların pislənməsini tələb edib. SPÖ, ifrat sağçı Avstriya Xalq Partiyası (FPÖ) və Yeni Avstriya Partiyası (NEOS) təklifin qəbul edilməsinə səs versə də, hakim partiyaların səsləri ilə təklif rədd edilib. Təklif parlamentdə rədd edildikdən sonra terror təşkilatının tərəfdarları hakim Yaşıllar Partiyasının qərargahı qarşısında nümayiş keçirib.
7NEWS.az