Avstriyanın Vorarlberq əyalətinin Lex şəhərində yerləşən xizək kurortunda uçqun altında qalan 9 nəfərə çatmağa çalışırlar.
7NEWS.az xəbər verir ki, Avstriyada dağ-xizək kurortunda qar uçqunu altında qalan 9 nəfərin axtarışları davam edir. Polisdən verilən açıqlamada, Lexdəki xizək mərkəzində təxminən 2700 metr yüksəklikdə qar uçqunun düşdüyü, uçqun altında qalan 9 nəfərin axtarışlarının davam etdiyi bildirilib. Açıqlamada bildirilib ki, 1 nəfər yaralı olaraq uçqun altından çıxarılıb, itkin düşənlərin tapılması üçün 200 nəfərdən ibarət axtarış-xilasetmə qrupu işləyir. Axtarış-xilasetmə işlərinin gecə boyu davam edəcəyi bildirilib.
7NEWS.az