Avstriyada Bregenzdən Vyanaya gedən sərnişin qatarında səsgücləndiricilər vasitəsilə Adolf Hitlerin çıxışları səsləndirilib.
7NEWS.az xəbər verir ki, Hitlerin çıxışlarını bazar günü qatarla səyahət edən Yaşıllar Partiyasının deputatı David Stogmuller "Twitter”də paylaşıb. Stogmullerin paylaşdığı videoda Hitlerin "Sieg Heil" ifadələri arxa planda aydın şəkildə eşidilir.
7NEWS.az