Avstriyada qrip dalğası: Bir həftədə 394 min yeni xəstə qeydə alınır

OXUNUB: 284 Özəl DÜNYA
Avstriyada qrip tipli xəstəliklər ciddi şəkildə təsirli olsa da, dekabrın ilk həftəsində tənəffüs yolu xəstəliyi olan təxminən 394 min yeni xəstənin qeydə alındığı bildirildi. 

7NEWS.az xəbər verir ki,  Avstriya Sağlamlıq və Qida Təhlükəsizliyi Agentliyinin (AGES) verdiyi açıqlamada qrip və buna bənzər xəstəliklərin ölkə daxilində təsirli olduğu və gündəlik yoluxma sayının ölkə tarixində ən yüksək həddə çatdığı bildirilib. 

Açıqlamada, təxminən 9 milyon əhalisi olan ölkədə dekabrın 5-12-də hər 100 min nəfərdən 4 min 338 nəfərinin qrip və oxşar respirator xəstəliklərə yoluxduğu, 394 min yeni yoluxma faktının qeydə alındığı bildirilib. 

7NEWS.az

RƏYLƏR