Avstriyada yeddi məscid bağlanacaq

OXUNUB: 655 DÜNYA

Avstriya hökuməti yeddi məscidin bağlanılması ilə bağlı qərar qəbul edib.

İcmal.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Avstriyanın baş naziri Sebastian Kurts məlumat verib. 

O bildirib ki, bundan başqa daha bir neçə imam da deportasiya ediləcək:

"Bu qərarın qəbul edilməsinə Vyanadakı məsciddə Çanaqqala müharibəsini canlandıran zaman uşaqların hərbçi və şəhid rolunda oynaması səbəb olub. Qərara əsasən, 7 məscid bağlanacaq və digər ölkələrdən maaş alan imamlar deportasiya ediləcək”.

Qedy edək ki, 2016-cı ildə Türkiyənin maddi dəstək göstərdiyi məsciddə Çanaqqala müharibəsinin canlandırılması bu ilin aprelin Avstriya tərəfindən sərt reaksiya ilə qarşılanmışdı. 

İcmal.Az

RƏYLƏR