Avtobus sürücüsü tələbə qızı zorladı - İstanbulu dəhşətə salan hadisə - VİDEO

OXUNUB: 843 DÜNYA

İstanbul məhkəməsi tarixə keçəcək bir qərara imza atıb. Gecə yarısı Bağdad prospektində evinə gedən 19 yaşlı tələbə qızı zorlayan avtobus sürücüsü Cengiz Aya verilən 45 il həbs cəzası daha 12 il artırılıb.

Qeyd edək ki, İstanbulu dəhşətə salan hadisə 2016-cı ilin 24 yanvar tarixində Bostancı Məhəlləsi Bağdad prospektində meydana gəlmişdi. Kadıköydə yoldaşlarıyla əylənən 19 yaşlı tələbə E.F.B. evinə dönmək üçün mindiyi sərnişin avtobusundan saat 02.30 radələrində enib. Bu məqamda evli və 2 uşaq atası olan sürücü Cengiz Ay qızı bıçaq təhdidiylə evinin yerləşdiyi küçədəki bir binanın bağına apararaq zorlayıb. E.F.B.-nı zorlayan təcavüzkar kamera görüntülərindən sonra tutularaq barəsində həbs qərarı çıxarılıb. Keçən il keçirilən məhkəmədə təqsirkar 45 il müddətinə azadlıqdan məhrum edilib. 

şübhəli apelyasiya şikayəti verərək qərara etirazını bildirib. Apelyasiya məhkəməsi iddianı yenidən nəzərdən keçirdikdən sonra sürücünün cəza müddətini daha 12 il artırıb./milli


İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Avtobus sürücüsü tələbə qızı zorladı - İstanbulu dəhşətə salan hadisə

RƏYLƏR