Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu İsveçrənin Krans-Montana şəhərində davam edən Kipr Konfransında iştirak edir.
Türkiyəli diplomat "Bu bir final konfransıdır. Son konfransdır"-deyib.
Konfransla bağlı məlumat verən Çavuşoğlu deyib: "Bu konfrans bizə görə sonuncu konfransdır. Bir razılaşma olsa, həll olsa olacaq. Olmasa da artıq bu işi uzatmağın mənası yoxdur. Əvvəldən də bunu deyirik. BMT də bunu deyir. Şimali Kipr Türk Respublikası heyəti də, prezidentləri Akıncı və hökuməti də bunu deyir. Biz bu məqsədlə Krans-Montanaya gəlmişik".
Çavuşoğlu eyni zamanda bildirib ki, görüşlərdə nəzərdə tutulan bütün məsələlər müzakirə ediləcək: "Bütün mövzularda razılıq əldə edilməsə heç bir mövzuda razılıq əldə edilməmiş deməkdir"..olkeşaz
İcmal.Az

























