Çayı çirkləndirən şəxslə bağlı akt tərtib olundu - FOTO

OXUNUB: 584 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Şamaxı rayonu ərazisində "Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-dən İcmal.Az-a verilən məlumata görə, reyd zamanı "Mercedes” markalı, 50 CL- 474 nömrəli dövlət qeydiyyat nişanlı yük maşınının rayonun Zoğalavay çayı ərazisinə heyvandarlıq təsərrüfatında formalaşan tullantıları boşaltdığı aşkar olunub.

Avtomobilin sürücüsü sənəd təqdim etməkdən imtina edib. Faktla bağlı akt tərtib olunub.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması üçün məktubla Şamaxı rayon Polis Şöbəsinə müraciət edilib.

 

İcmal.Az

RƏYLƏR