Aysel Məmmədova: Ərim xərçəngdən vəfat etdi

OXUNUB: 1101 ŞOU-BİZNES

"Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (Aisel) wiwibloggs.com saytına müsahibə verib. 

İcmal.Az xəbər verir ki, 28 yaşlı müğənni şəxsi həyatı barədə maraqlı məqamlara toxunub və həyat yoldaşının xərçəngdən dünyasını dəyişdiyini söyləyib: 

"Bu, mənim həyatımın kədərli hekayəsidir. O, musiqiçi və pianoçu idi. Ərim xərçəngdən vəfat etdi. Ancaq həqiqətən də, həyatıma böyük müsbət enerji gətirmişdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. Onun iş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey öyrətdi”. 

Sayt Ayselin bir müddət İsraildə yaşadığı da qeyd olunub:

"Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim müalicə qəbul edirdi, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Bu ölkəni sevirəm”.

Daha sonra müğənni mahnını həyat yoldaşının xatirəsi üçün ifa edəcəyini söyləyib.

İcmal.Az

RƏYLƏR